Bankdan Bakıya xəbərdarlıq
ANS PRESS-in məlumatına görə, Asiya İnkişaf Bankının (AİB) mütəxəssisləri aparılan hesablamalardan sonra bu qərara gəliblər. AİB-in 2015-ci il hesabatında bildirilib ki, Azərbaycan dövlət xərclərində neft sektorundan əldə edilən gəlirlərə daha az güvənməlidir.
AİB mütəxəssisləri qeyd ediblər ki, neft satışında yüksək qiymət imkan verirdi ki, ölkə dövlət büdcəsinə kifayət qədər maliyyə ehtiyatı toplayaraq onu ümumi iqtisadiyyatın inkişafına yönəltsin. "Lakin son zamanlar neftin qiymətinin aşağı düşməsi dövlət büdcəsinin gəlirlərinin azalmasına səbəb olub. Nəticədə ARDNŞ iqtisadiyyatın inkişafını əvvəlki tempdə saxlamaq üçün əlavə vəsait xərcləməli olur. Lakin bu, uzun müddət davam edə bilməz. Dövlət müəyyən xərcləri azaltmalı olacaq. Bu da öz növbəsində iqtisadiyyatın və qeyri-neft sektorunun inkişaf sürətini ləngidəcək. Buna görə də Azərbaycan neft sektorundan asılılığını azaltmalıdır. Əvəzində özəl sektorun güclənməsinə imkan yaradılmalıdır".
Hesabatda həmçinin qeyd edilib ki, biznes mühitinin yaxşılaşması üçün qeyri-neft sektorunda ciddi islahatlar aparılmalıdır. "Bir sıra problemlərin həlli və biznes fəaliyyəti üçün bərabər şərtlərin yaradılması sərmayə qoyuluşuna da müsbət təsir edəcək".
Hesabatda göstərilib ki, Azərbaycanda ÜDM-in artım göstəricisi 2013-cü ildə 5,8 faiz idisə, 2014-cü ildə bu göstərici 2,8 faizə enib. 2015-ci ildə isə AİB Azərbaycanda ÜDM-nin 3 faizədək artacağını proqnozlaşdırıb. Halbuki daha əvvəl 2015-ci ildə ÜDM həcminin 3,5 faiz artacağı bildirilirdi. Mütəxəssislər inflyasiya səviyyəsini də açıqlayıblar. Onların fikrincə, valyuta devalvasiyasına görə bu il ölkədə inflyasiya həcmi 6 faiz olacaq. 2016-cı ildə isə bu rəqəmin 5,5 faiz təşkil edəcəyini bildiriblər. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25