Rusiyanın paytaxtında 10 nəfər biznesmeni qaçıran cinayətkar dəstə yaxalanıb. Milli.Az LifeNews.ru-ya istinadən bildirir ki, dəstə üzvləri hələ fevral ayında avtomobil oğurluğuna görə saxlanılıblar. Ancaq istintaqın gedişində məlum olub ki, onlar Moskvada 10 nəfər iş adamını oğurlayaraq işgəncə veriblər.

Dəstə üzvləri iş adamlarından birini seçir, süni yol qəzası törədir, sonra da iş adamını maşını ilə birlikdə Podmoskovye vilayətindəki meşəliyə apararaq işgəncə verirdilər. Sonra da onlardan pul tələb edirdilər.

İş adamlarının çoxu qorxduğu üçün polisə şikayət də etmirdi.

Milli.Az