Bakıda Kolumbiya vətəndaşına qarşı soyğunçuluq edilib - FOTO
Paylaş
25 Mart 2015, 13:47·46 baxış·1 dəq oxu
Bakı. 25 mart. REPORT.AZ/ Bakıda xarici ölkə vətəndaşına qarşı soyğunçuluq edilib. "Report"a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, paytaxtda fəaliyyət göstərən xarici şirkətlərdən birinin məsul əməkdaşı olan Kolumbiya vətəndaşı, 45 yaşlı Ardila Rikardo Karlos martın 22-dən 23-nə keçən gecə Səbail rayonu ərazisində yerləşən barlardan birindən çıxarkən 2 naməlum şəxs onun üzərindən içərisində 200 ABŞ dolları, 55 manat, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və bank kartları olan pul kisəsini götürərək hadisə yerindən qaçıblar. Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, 24 yaşlı Elmir Abdullayev və 27 yaşlı Elvin Kərimov "isti izlərlə" saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, istintaq vdavam edir.