Ötən gün Fransada baş verən təyyarə qəzasında almaniyalı müğənni Mariya Rander həlak olub.

Milli.Az Rusiya KİV-ə istinadən bildirir ki, müğənni qastrol səfərindən yaşadığı Düsseldolf şəhərinə dönürdü. Təyyarədə onun həyat yoldaşı və övladı da olub.

Barselonanın Liseo opera teatrından bildiriblər ki, Mariya Render Vaqnerin "Ziqfrid" operasından bir səhnəni oynayırdı.

Mariya "Metropoliten opera", "La Skala" kimi nüfuzlu səhnələrdə çıxış edib.

Milli.Az