Bakıda daha bir qadın zorlandığını iddia edib. 

 

Lent.az-ın "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, hadisə Lökbatan qəsəbəsində olub. 

Abşeron rayon sakini, 1994-cü il təvəllüdlü N.Ə. polis bölməsinə şikayət edərək bildirib ki, tanışı onu zorlayıb.

Qızın iddiasına görə, Lökbatan qəsəbəsində yaşayan 1997-ci il təvəllüdlü M.S, 21 yaşlı qızı öz evinə aparıb. Sonra isə 18 yaşlı oğlan N.Ə-ni döyüb və zorla onunla cinsi əlaqədə olub.