Bakı, 25 mart, AZƏRTAC
Bakının Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin altında yığılmış məişət tullantıları, istifadəsiz avtomobil ehtiyat hissələri 6 kvadratmetr sahədə, pilləkən qəfəsində quraşdırılmış elektrik sayğacı və 6 ədəd qaz sayğacı yanıb.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, yanğın zamanı yanğınsöndürənlər 10 sakini təhlükəsiz yerə təxliyə ediblər. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 05:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.