Erməniyə niyə atəş açılmadı? (VİDEO)
ANS PRESS-in məlumatına görə, müxalifətdə olan parlament üzvləri bu addımı Ermənistan hakimiyyətinin və ordusunun məğlubiyyəti adlandırıb, hətta müdafiə nazirini istefaya çağırıblar.
İqtidarda olan deputatlar isə baş verən hadisəyə don geyindirməyə çalışıb, ictimaiyyəti çaşdırmaq üçün müxtəlif yalanlara, versiyalara əl atıblar. Belə ki, prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyasından olan deputat Seyran Saroyan jurnalistlərə deyib ki, guya erməni əsgərinin Azərbaycan tərəfinə keçməsi ilə bağlı yayılan video saxtatır və bunu azərbaycanlılar düzəldiblər.
O, erməni hərbi qulluqçusu haqqında Azərbaycan KİV-lərində yayılmış mlumatı şərh edərək bildirib: "Görünür, bu video saxtadır. Mən hardan bilim, o, nə üçün və haradan keçib. Bunu ondan soruşmaq lazımdır. Bəlkə ruhi xəstə idi, düzgün danışa bilmir. Əgər bu, saxta deyilsə, nə üçün təmas xəttini, sərhədi keçən düşmən əsgərinə atəş açılmayıb?"
Görəsən, bu bədbəxt deputatın dünyadan, hərb sənətindən xəbəri varmı, ağızından çıxan yalanları qulağı duyurmu.
Birincisi, Seyran Saroyan nə üçün izah etməyib ki, ruhi xəstənin orduda nə işi var. Demək, erməni ordusuna hərbi xidmət üçün ancaq və ancaq ruhi xəstələr çağırılır və bu, ruhi xəstələrdən ibarət ordudur.
İkincisi, "mən hardan bilim" deyən erməni deputatln diqqətinə çatdırırıq ki, ruhi xəstə kimi qələmə verilən Andranik Araratoviç Qriqoryanın silah-sursatı yerə qoyub bu addımı atması həm ölkə daxilində, həm də orduda hərc-mərclik, ermənilər arasında yaranmış gərginlik, qorxu və panika hissi ilə bağlıdır.
Nəhayət, yalan danışmaqla ictimaiyyətin başını qatmaq istəyən S.Saroyan anlamalıdır ki, onun ruhi xəstə adlandırdığı Andranik Qriqoryan sərhədi keçəndə ağ bayraq qaldırıb. Ağ bayraq qaldırana isə atəş açmaq hərbi qanunlara görə qadağandır. Baxmayaraq ki, ermənilər üçün bu qayda-qanunlar mənasızdır, amma Azərbaycan tərəfi heç bir xəsarət yetirmədən qoşunların təmas xəttini keçən erməni hərbçisini saxlayıb, sülhpərvərliyini, humanistliyini belə addımları ilə bir daha göstərib. Hazırda təhlükəsizliyi təmin olunmaqla saxlanılan şəxs A.Qriqoryanla hamılıqla qəbul olunmuş insan hüquqları normaları daxilində rəftar edilir.
Zənnimizcə, ruhi xəstə hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan yox, parlamentin səbatsız üzvü Seyran Saroyanın elə özüdür. Əgər erməni deputat buna inanmaq istəyirsə, buyursun, aşağıdakı videolara baxsın, ruhi xəstə kimi qələmə verdiyi Andranik Qriqoryanın ilkin dindirmə zamanı dedikləri məntiqli cümlələri bir daha eşitsin və nəticə çıxarsın.
Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33