Bakı, 25 mart, AZƏRTAC
Əfqanıstanda avtobusa silahlı hücum nəticəsində ən azı 13 sərnişin həlak olub.
Vardak əyaləti qubernatorunun mətbuat katibi Attahullah Xoqyaninin məlumatına görə, bir neçə silahlı şəxs gecə saatlarında ölkənin cənubuna doğru hərəkət edən avtobusa atəş açıb. Hələlik heç bir qrup hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.