Bakı, 25 mart, AZƏRTAC
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) Türkiyə təmsilçiliyi aprelin 4-də İstanbul şəhərində Azərbaycan-Türkiyə qardaşlıq gecəsi təşkil edəcək. Bu barədə TUMİB-in Türkiyə təmsilçisi Lalə Həsənoğlu məlumat verib.
Bildirilib ki, tədbirin məqsədi Azərbaycan və Türkiyə arasında mədəni əlaqələri daha da möhkəmləndirməkdir.
Qardaşlıq gecəsində Türkiyədə fəaliyyət göstərən azərbaycanlı müəllimlər, bu ölkədə təhsil almış azərbaycanlı məzunlar və tələbələr, iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, media təmsilçiləri iştirak edəcəklər.