Bakı, 25 mart, AZƏRTAC
Bakı şəhərinin Nizami rayonunda vətəndaşa məxsus “OPEL” markalı minik avtomobilinin idarəetməni itirərək yolun kənarındakı dəmir barmaqlıqlara çırpılması nəticəsində yol qəza hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qəza nəticəsində avtomobil yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 22:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.