[ 24 Mart 2015 21:11 ]



Bakı - APA-Economics. Rusiyanın ən iri telekommunikasiya şirkətlərindən biri olan MTS 49 istiqamət üzrə rouminq tariflərinin dəyişdirilməsi barədə qərar qəbul edib.

 

"APA-Economics"in "İnterfax"a istinadən verdiyi xəbərə görə, aprelin 2-dən etibarən 26 ölkə üzrə rouminq tarifləri azalacaq, qalan istiqamətlər üzrə isə artıb.

 

Qeyd edək ki, şirkət Azərbaycan istiqamətində rouminq tariflərini 31% qaldırıb.

 

Şirkətin rəsmi nümayəndəsi Dmitri Solodovnikov bildirib ki, qərara səbəb "bəzi rouminq partnyorları ilə aparılan danışıqların müsbət nəticə verməməsidir".

 

Qeyd edək ki, MTS Ukrayna istiqamətində rouminq tariflərini 67%, Belarus üzrə 2 dəfə, Ermənistan üzrə 67%, Gürcüstan üzrə 77% artırıb.