Bakı. 24 mart. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev "Germanwings" şirkətinə məxsus "A320" təyyarəsinin qəzaya uğraması ilə bağlı Almaniya kansleri Angela Merkel və İspaniya kralı VI Felipeyə başsağlığı məktubu ünvanlayıb.
"Report" xəbər verir ki, dövlət başçısı məktublarında "Germanwings" şirkətinə məxsus "A320" təyyarəsinin qəzaya uğraması nəticəsində çoxlu sayda Almaniya və İspaniya vətəndaşının həlak olması xəbərindən olduqca sarsıldığını bildirib.
"Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, sizə, həlak olanların ailələrinə və yaxınlarına, xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm", - deyə prezident ifadə edib.