[ 24 Mart 2015 20:36 ]


Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev "Germanwings" şirkətinə məxsus A320 təyyarəsinin qəzaya uğraması ilə bağlı İspaniyanın Kralı VI Felipeyə başsağlığı verib.

APA-nın məlumatına görə, başsağlığı məktubda bildirilir:

 

 

“Əlahəzrət,

 

"Germanwings" şirkətinə məxsus A320 təyyarəsinin Fransanın cənub-şərqində qəzaya uğraması nəticəsində çoxlu sayda həmvətəninizin həlak olması xəbəri məni olduqca kədərləndirdi.

 

Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.