[ 24 Mart 2015 18:27 ]



Bakı - APA. Bu gün Kiyev (Ukrayna) şəhərinin Vasilkovsk rayonunda hərbi vertolyot qəzaya uğrayıb.

 

APA-nın Ukrayna mətbuatına istinadən xəbərinə görə, Poltava-Jitomir reysi ilə uçan iki vertolyotdan biri qəfildən aşağı düşüb.

 

Qəza nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. Hadisənin səbəbləri araşdırılır.