Milli.Az lenta.ru-ya istinadən bildirir ki, BBC-yə müsahibə verən baş nazir zarafatla deyib:
"Nensi dedi ki, aclığa başlayacaq və Klarkson bəraət almayınca ac qalacaq. Ona dedim ki, aclığı, çətin ki, situasiyaya təsir etsin. Məsələn, Qandi kimi - dəqiq alınmayacaq".
Nensinin anası Samanta isə The Telegraph-a bildirib ki, qızının aclığı təxminən 5 dəqiqə çəkib.
BBC qeyd edir ki, Klarkson Kemeron ailəsinin dostudur.
Bildirək ki, martın 10-da Ceremi Klarkson prodüserlə qalmaqal saldıqdan sonra Top Gear şousundan müvəqqəti kənarlaşdırılıb. KİV yazır ki, teleaparıcı uzun iş gününün sonunda çəkiliş qrupunu yeməklə təmin etmədiyinə görə prodüseri vurmağa çalışıb. Teleaparıcı isə bu xəbərləri təkzib edir.
Sonradan məlumat yayıldı ki, Top Gear-ın yeni aparıcısı aktyor və yazıçı Stiven Fray ola bilər, Klarkson isə BBC1 telekanalında yumor şousunu aparacaq. Bu səbəblə Change.org saytında Cereminin Top Gear-a qaytarılması tələbi ilə petisiya başladılıb.
Top Gear - BBC korporasiyasının avtomobillər haqda populyar verilişidir.
1977-ci ildən efirə çıxan veriliş 200 ölkədə yayımlanır.
Klarkson verilişə 1988-ci ildən qatılıb və onun simasına çevrilməyi bacarıb.
Milli.Az