Lənkəran, 24 mart, Bağır Əliyev, AZƏRTAC
İlk dəfədir ki, bu cür tur-aksiyada iştirak edirəm. Lənkəran, Astara və Lerik rayonlarında gördüklərimiz bizi heyran etdi. Gördüklərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm. Ölkəmizin cənub bölgəsinin həm təbiəti, həm insanları, həm də mətbəxi çox gözəldir.
Bu sözləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində Azərbaycanın cənub bölgəsində səyahətdə olan Naxçıvan Muxtar Respublikası Babək rayonunun Zeynəddin kənd tam orta məktəbinin XI sinif şagirdi Rəhimə Məmmədova AZƏRTAC-a müsahibəsində bildirib.
R. Məmmədova deyib:-“Biz bölgənin tarixi və mədəniyyət abidələri, təbiəti, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmaqla yanaşı, asudə vaxtlarda müxtəlif əyləncəli proqramlarda iştirak edirdik. Hamımız Naxçıvana böyük sevinc və zəngin təəssüratla qayıdırıq. Bizə bu sevinci bəxş edən dövlətimizin başçısına “Çox sag olun!” deyirik.