Hacıqabul rayonunda bədbəxt hadisə baş verib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, martın 20-də Hacıqabul rayonunun Şorbaçı kəndində qeydə alınıb.

Kənd sakini 40 yaşlı İlqar Quliyev elektrik cərəyanı vurması nəticəsində ölüb.

İlkin ehtimal görə, hadisə ehtiyatsızlıqdan beş verib.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS