Azərbaycanın iki boksçusu beynəlxalq reytinq cədvəlində liderliyini davam etdirir
Bakı, 24 mart, AZƏRTAC
Dünya Boks Seriyası (WSB) 10-cu turdan sonra yeni fərdi reytinq cədvəlini açıqlayıb. “Baku Fires” klubunun iki üzvü yenə də reytinqdə liderliyini davam etdirir.
AZƏRTAC xəbər verir ki, 56 kiloqram çəki dərəcəsində mübarizə aparan Məhəmməd Qurbanov 4 görüşdən sonra 20 xal toplayaraq siyahıya başçılıq edir. Onun ən yaxın izləyicisi amerikalı Fransisko Martinezin 19 xalı var. Siyahıda 3-cü yeri irlandiyalı Maykl Konlan tutur.
Albert Səlimov (60 kq) da fərdi reytinqdə birinci yerdədir. Beş görüşdən sonra 25 xal toplayan boksçumuz kubalı Lazaro Estrada (22 xal) və əlcəzairli Reda Benbazizi (18 xal) qabaqlayır.
Heybətulla Hacəliyev (64 kq) reytinqdə 2-ci pillədəki mövqeyini qoruyub. Milli komandamızın üzvü 5 döyüşdən sonra 20 xal toplayıb. İtaliya nümayəndəsi Vinçenzo Maniaqapre eyni göstəriciyə malik olsa da, o, 1-cı sıradadır. Meksikalı Raul Qarsiya 19 xalla 3-cüdür.
Digər boksçularımız - Pərviz Bağırıv (69 kq), Abdulqadir Abdullayev (91 kq) və Arslanbek Mahmudov (91 kq-dan yuxarı) reytinqdə dördüncü pillədə qərarlaşıblar.
Qeyd edək ki, 49, 91 və 91 kiloqramdan yuxarı çəki dərəcələrində reytinqdə birinci olacaq boksçular, digər çəkilərdə isə 1-2-ci yerləri tutacaq idmançılar “Rio-2016” Olimpiya Oyunlarına vəsiqə qazanacaqlar.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33