Yakutiyada keçirilən bələdiyyə seçkilərində fəhlə öz rəhbərini məğlub edib.

Modern.az-ın  xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Rusiyanın Saxa-Yakutiya respublikasında Nijneyansk şəhərinə rəhbərlik üçün aparılan seçkilərində fəhlə German Korovin öz rəhbəri, Vahid Rusiya Partiyasının üzvü Vladimir Kriçigin üzərində qələbə qazanıb. Seçkilərdə iştirak edən 161 nəfərdən 75-i Korovinə, 74-ü isə Kriçiginə səs verib.

Şirkət rəhbəri olan Kriçigin məğlubiyyətinin səbəblərini bildirməkdən imtina edib.

Milli.Az