Siyəzəndə güclü yanğın hadisəsi baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində rayon sakini dünyasını dəyişib.

Martın 21-də Siyəzən şəhərində yaşayan Şirinağa Qurbanov evindən yanıq xəsarətilə xəstəxanaya gətirilib.

Həkimlərin səyinə baxmayaraq Şirinağa Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS