Tbilisi, 24 mart, AZƏRTAC
Gürcüstan iqtisadiyyatına investisiya yatıran iri xarici şirkətlər sırasında bp-Azərbaycan qrupu birincidir. 20-dən çox şirkət arasında birinci olan bp Azərbaycan qrupu ən çox nəqliyyat və rabitə sahələrinə investisiya qoyub.
Gürcüstan mətbuatının məlumatına görə, ikinci yerdə Çin Xalq Respublikasının Hualing international special economik konserni, üçüncü yerdə isə Hollandiyanın “Açaritskali” şirkətidir.
Bu şirkətlərin ümumilikdə Gürcüstana nə qədər sərmayə qoyduqları və digər maliyyə məlumatları gizli saxlanılır. Bildirilir ki, ümumilikdə Gürcüstan iqtisadiyyatına 2014-cü ildə 1,272 milyard ABŞ dolları həcmində sərmayə qoyulub, bu da 2013-cü illə müqayisədə 39 faiz çoxdur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi