Azərbaycan, Bakı, 24 mart /Trend/
SOCAR-ın Tbilisidikə yanacaqdoldurma məntəqəsində (YDM) edilmiş silahlı hücum nəticəsində iki nəfər yaralanıb. Trend-in Gürcüstan KİV-ə istinadən verdiyi məlumata əsasən, insident bazar ertəsi gecə saatlarında Quramişvili küçəsində baş verib.
Şahidlərin sözlərinə görə, bir neçə nəfər YDM-ə hücum edərək meneceri və məntəqənin operatorunu ayaqdan yaralayıb. Xəsarət alanlar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya yerləşdirilib.
Şahidlər bildiriblər ki, onlar xeyli qan itiriblər: "Onların vəziyyəti nə qədər ağır olduğunu deyə bilmərik".
Aparılan istintaq tədbiləri nəticəsində bir nəfər saxlanılıb. Hadisənin digər təfərrüatları açıqlanmır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az