Bakı, 24 mart, AZƏRTAC
Birinci Avropa Oyunları zamanı Bakı şəhərində nəqliyyatın maneəsiz hərəkətini təmin etmək üçün nəzərdə tutulan işlər çərçivəsində Bakı dairəvi avtomobil yolunun təmiri tərtib olunmuş qrafik üzrə davam etdirilir.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev AZƏRTAC-a bildirib ki, yolun olun frezlənmiş 5,2 km hissəsində yeni asfalt-beton örtüyünün döşənməsinə başlanıb.
Artıq 450 metr məsafədə işlər başa çatdırılıb, digər sahədə isə asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.