“Bakı Metropoliteni” QSC-dən modern.az-a verilən məlumata görə, artıq yenicə təmir olunan “Nərimanov” metrostansiyasının keçidlərində təzə ticarət köşklərinin quraşdırılmasına başlanılıb.
Ardınca belə köşklərin “Gənclik”, “Koroğlu” və daha bir neçə stansiyada da quraşdırlması planlaşdırılır.
Əməkdaşımız “Nərimanov” stansiyasında quraşdırılan yeni ticarət köşkünü fotokameranın yaddaşına köçürüb. Şüşə konstruksiyalardan hazırlanan yeni köşklər quruluşca əvvəlkilərdən tamamilə fərqlənir.
“Bakı Metropoliteni” QSC-dən modern.az-a o da bildirilib ki, yeni köşklərin fəaliyyəti aşağıdakı istiqamətlərdə olacaq:
- apteklər şəbəkəsi;
- su, qəhvə satışı və s. xidmətləri yerinə yetirən çoxfunksiyalı aparatlar;
- kitab ticarəti şəbəkəsi;
- gül salonları şəbəkəsi.
Milli.Az