ANS PRESS-in məlumatına görə, "Daily Mail" siqaretin hamilələrə vurduğu ziyanla bağlı bir araşdırma aparıb. Siqaret çəkən və çəkməyən hamilələrin körpələrinin ana bətnində 4D ultrasəs görüntüləri çəkilib.
Nəticədə bəlli olub ki, siqaret çəkən qadınların uşaqları çəkməyənlərlə müqayisədə üzlərinə daha çox toxunurlar. Əslində isə döl doğuş yaxınlaşdıqca inkişafla əlaqədar olaraq üzünə daha az toxunmalıdır.
Üzünü tutan körpələrdə inkişafla bağlı problemlər daha çox müşahidə edilir.
Araşdırmanın nəticəsi foto ilə yayılıb. Fotoda da 32 həftəlik iki hamilə qadının ultrasəs görüntüləri yer alıb. Birinci fotodakı qadın siqaret çəkən, ikinci isə çəkməyən olub.
Ümid edək ki, bu görüntülərdən sonra ana olmaq arzusunda olan qadınlar siqaret kimi zərərli vərdişdən körpələri naminə birdəfəlik əl çəkəcəklər.


Mənbə
ANS PRESS