[ 24 Mart 2015 07:43 ]



Bakı-APA. Əfqanıstanın şərqində, Vardak əyalətində naməlum silahlılar sərnişin avtobusuna hücum edib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 13 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

 

Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Yerli hüquq-mühafizə orqanları hadisənin səbəblərini araşdırır.