Çilinin şimalında 6.4 bal gücündə zəlzələ baş verib.

ANS PRESS-in məlumatına görə, yeraltı təkanların episentri Perunun sərhəddindəki Arika limanının şərqindəki Putre olub.

Zəlzələnin ocağı yerin 120.9 km dərinliyində qeydə alınıb.

Bu barədə məlumat yayan ABŞ Geoloji Tədqiqat mərkəzi (USGS) ziyan və xəsarətlər barədə məlumatın olmadığını bildirib.

Putre Çilinin paytaxtı Santyaqo şəhərinin 2 200 km şimalındadır.

Xatırladaq ki, 2010-cu il fevralın 27-də Çilidə meydana gələn 8.8 bal zəlzələ nəticəsində 524 nəfər ölmüşdü.
Mənbə
ANS PRESS