Berlin, 23 mart, AZƏRTAC
Alman Azərbaycan Mədəniyyət Evin əsas dəstəyi, Baku Lounge və AZ-Eventsin birgə təşkilatçılığı ilə Almaniyanın Köln şəhərində möhtəşəm Novruz gecəsi keçirilib. Gecədə 800-ə yaxın soydaşımızın iştirakı ilə yanaşı Türkiyə diasporasının fəalları, Almaniyada yaşayan başqa icmaların nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Alman Azərbaycan Mədəniyyət Evinin rəhbəri Ağa Ağayev bütün iştirakçıları salamlayaraq Novruzun xalqımız üçün əlamətdar bir bayram olduğunu qeyd edib. O bildirib ki, xalqımızın övladlar bu bayramı hər zaman harada yaşamalarından asılı olmayaraq böyük təntənə və sevinclə qeyd edirlər.
Daha sonra tədbir Zaur Baxşaliyev və Günayın aparıcılığı ilə estrada ulduzlarımızın maraqlı çıxışları ilə davam etdirilib.
Qeyd edək ki, bu tədbirə Hollandiya, Avstriya, Belçika və İngiltərədən yaşayan soydaşlarımız da qatılıblar.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

