Goal.az xəbər verir ki, eks-futbolçu bu epizodların fərqli reaksiya ilə qarşılandığına diqqəti çəkib.
"Bu baş verəndən sonra səmimi etiraf etdim ki, əllə oynamışam. Robbi Kin bildirdi ki, mənə qarşı narazılığı yoxdur. Matçdan sonra jurnalistlərə də açıqlama verdim. Asanlıqla medianın suallarını cavablandırmaqdan imtina edə bilərdim. Amma etmədim. Əllə qol vurmağım refleksin nəticəsi idi. Lakin Messi "Espanyol"un qapısına qəsdən bu tərzdə qol vurdu. Hamı Messini dahi kimi qiymətləndirməyə başladı. Onun əllə rəqib qapısından keçirdiyi topu Maradonanın İngiltərəyə vurduğu qola bənzətməyə çalışdılar. Mənim üstümə elə düşmüşdülər ki, sanki kimisə öldürmüşəm".
Milli.Az