Aparıcı Xoşqədəm Hidayətqızı Novruz bayramını həyat yoldaşı, türkiyəli ifaçı Doğuşla birlikdə Naxçıvanda keçirib.

Axşam.az-ın məlumatına görə, gəzintidən fotolarını sosial şəbəkədə paylaşan aparıcı orada böyüdüyünü vurğulayıb:

"Tələbəliyimin keçdiyi Naxçıvana yollandım. Mən orada böyüdüm. Bayramı orada keçirtmək üçün darıxmışdım. Əshabi-Kəhfi ziyarətə getdim. Hamı üçün dua etdim. Allah bizi pis insanlardan qorusun".




Milli.Az