Tur-aksiyalar məktəblilərdə vətənpərvərlik hissinin yüksəlməsinə müsbət təsir göstərəcək
Bakı, 23 mart, AZƏRTAC
Ölkəmizin tarixini, mədəniyyətini, adət-ənənələrini, eləcə də müstəqillik illərində əldə edilən nailiyyətləri dərindən öyrənmək məqsədilə respublikamızın müxtəlif regionlarına təşkil edilən tur-aksiyaya qoşulan naxçıvanlı şagirdlər martın 23-də Şəmkir və Göygöldə oldublar.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Şəmkirdə olan məktəblilər rayonla tanışlığa orta əsr Şəmkir qalasından başlayıblar. Burada şagirdlərə məlumat verilib ki, qalada qazıntı işləri AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılır. 2007-ci ildən başlanan arxeoloji qazıntılar zamanı burada Azərbaycan tarixinə işıq salan bir çox maddi-mədəniyyət abidələri aşkarlanıb.
Məktəblilər qalanın qalıqları qarşısında xatirə şəkli çəkdirdikdən sonra tur-aksiya rayon mərkəzində davam etdirilib. Onlar Heydər Əliyev Mərkəzinə gələrək burada dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətini əks etdirən sənədlərə və fotoşəkillərə baxıblar. Ən müasir elektron kitabxana, 3D formatlı kinoteatr, gənclərin intellektual oyunlar keçirməsi üçün xüsusi salonu şagirdlər tərəfindən maraqla qarşılanıb. Bayraq muzeyində, “Zəka” Gənclərin İntellektual və Yaradıcılıq Mərkəzində, abidələr parkında olan naxçıvanlı şagirdlər xoş təəssüratla Şəmkirdən sonra Göygölə gəliblər. Ulu Öndərin adını daşıyan parkda qarşılanan məktəblilər qarşısında çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova rayon haqqında, onun tarixi, maddi-mədəniyyət abidələri haqqında qısa məlumat verib. Rayonla ilk tanışlığa Heydər Əliyev Mərkəzindən başlanılıb. Burada dahi şəxsiyyətin həyat və fəaliyyətini, həmçinin rayona tarixi səfərlərini əks etdirən guşələrə baxan şagirdlər sonra Gənclər və Uşaq-Əyləncə Mərkəzlərində olublar. Vaxtilə alman ailələrinin yaşadıqları, keçən il əsaslı şəkildə təmir edilərək əvvəlki görkəminə salınmış evlərə baxıblar. Sonuncu alman Viktor Klaynın mənzil-muzeyində, həmçinin Lüteran kilsəsində olublar.
Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə keçirilən tur-aksiyadan razılığını ifadə edən qrup rəhbəri, Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Məlahət Seyidova AZƏRTAC-a müsahibəsində dedi ki, sürətlə inkişaf edən ölkəmizin qazandığı uğurlar biz təhsil işçilərini sevindirir. Gəncəyə gəlişimizin ilk günündən təəssüratımız zəngindir. Ekskursiyada olduğumuz bütün yerlər bizə bu bölgə haqqında geniş məlumat əldə etməyə imkan verdi. Şagirdlərin bu yerlər haqqında məlumatları genişləndikcə, doğma vətənlərinə olan sevgiləri də daha artdı. Bütün bunlara görə layihənin təşəbbüskarı olan ölkəmizin başçısı İlham Əliyevə minnətdarıq.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25