Tur-aksiya çərçivəsində şagirdlərin istirahəti ilə yanaşı onların maariflənməsinə də böyük önəm verilir
Qəbələ, 23 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Maarifləndirici tur aksiya iştirakçılarının Qəbələyə səfəri son dərəcə maraqlı və yaddaqalan oldu. Qrupun üzvlərində yaranan xoş təəssüratlar uzun zaman unudulmayacaq. Biz gəzinti zamanı istirahət etməklə yanaşı, həm də rayonlarımızın gündən-günə inkişaf etməsinin, gözəlləşməsinin şahidi olduq. Bu ondan irəli gəlir ki, ölkə Prezidentinin müvafiq fərmanları ilə qəbul olunmuş regional inkişaf proqramları hər yerdə uğurla icra olunur, abadlıq-quruculuq işləri çox yüksək səviyyədə gedir. Marşrut boyu aksiya iştirakçıları bu inkişafı müşahidə edir”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Regea-Travel” Turizm Şirkətinin şöbə müdiri, məktəbli qrupunun tur rəhbəri Əhməd İbrahimzadə bildirib. O, qeyd edib ki, şagirdlərin bölgələrlə tanışlığı, qədim tariximizin, adət-ənənələrimizin öyrənilməsi, mədəniyyət abidələrimizin ziyarət olunması, turizm mərkəzləri və başqa gəzməli-görməli yerlərlə tanışlığı üçün təşkil edilən bu tədbir olduqca vacib bir işdir. Onun sözlərinə görə Azərbaycanda yeniyetmə və gənclərin yaxşı təhsil alması ilə yanaşı, onların ölkəmizi hərtərəfli tanımaları üçün dövlətimiz hər cür imkanlar yaradır. Bu tur-aksiyanın əhəmiyyətini olduqca yüksək qiymətləndirən Əhməd İbrahimzadə qeyd edib ki, rayonlara səfərlər zamanı şagirdlərin istirahətinin mənalı təşkili, əylənməsi və maariflənməsi üçün lazımi şərait yaradılır.
“Prezident İlham Əliyevin tapşırığına əsasən orta məktəblərin IX-XI sinif şagirdləri üçün Azərbaycanın bölgələrini gəzmək imkanının yaradılması və bu gözəl təşəbbüsün uğurla reallaşdırılması hamının ürəyincədir. Bu tur-aksiyada iştirak edən şagirdlərə vətənpərvərlik hisləri aşılanır, onlar arasında Azərbaycanın bölgələri barədə daha ətraflı maariflənmə işləri görülür, dünya görüşün artırılması istiqamətində söhbətlər aparılır”.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33