Xalq artisti Nazpəri Dostəliyeva formada qalmağından danışıb.

Axşam.az-ın məlumatına görə, müğənni idman vasitəsilə arıqladığını bildirib:

"Kök xanım səhnəyə çıxmamalıdır. Aparıcı artıqçəkili ola bilər, o, efirdə oturur, çox da ayaqüstə qalmır. Müğənni hər zaman diqqət mərkəzindədir. Onun kök olmağa haqqı yoxdur. Hələ üstəlik açıq-saçıq da geyinirlər. Mən azərbaycanlıyam. İstəmərəm ki, kimsə mənə gülsün. İstər səhnədə, istər kənarda yerimi bilirəm. Yazıq o insandır ki, ona gülürlər. Xüsusi pəhriz saxlamıram. Amma idmanın bütün növləri ilə məşğul oluram, hobbimdir. Zala girəndə nə görürəmsə, məşğul oluram. Bircə ağır qaldırmıram, çünki əzələm çıxır".