Malta millisinin lider futbolçularından olan Klayton Failla martın 28-də Azərbaycan millisi ilə oyunda iştirak etməyəcək.

Qol.az-ın Malta mətbuatına istinadən yaydığı xəbərə görə, Failla doğuş ərəfəsində olan həyat yoldaşının yanında qalmaq qərarı verib. Bu həftə futbolçunun övladının dünyaya gələcəyi gözlənilir.

Beləliklə, üzrlü səbəbdən K.Failla martın 25-də Tiflisdə Gürcüstanla yoxlama, martın 28-də isə Azərbaycanla rəsmi oyunu buraxmalı olacaq.

Milli.Az