Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Barselona"nın baş məşqçisi Luis Enrike İspaniya La Liqasının 28-ci turunda "Real"a 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
Təcrübəli mütəxəssis komandasının qələbə qolunun müəllifi Luis Suares haqda da danışıb:
"Suares qol vurduğu epizodda topu özündə çox yaxşı saxladı. Onun etdiyi hərəkəti dünyada çox az futbolçu edə bilər. Suares üçün əbəs yerə 88 milyon avro ödəməmişik".
Milli.Az