Qaqauz Yeri Muxtar Ərazi Qurumunun başqanının növbəti seçkiləri olub
Kişineu, 23 mart, AZƏRTAC
Martın 22-də Moldovanın cənubunda - Qaqauz Yeri Muxtar Ərazi Qurumunda növbəti başqan (muxtariyyətin başçısı) seçkiləri keçirilib.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, seçicilər 10 elektoral rəqib arasında seçim ediblər. Daha əvvəl iki nəfər öz namizədliyini geri götürüb.
Qaqauz Yeri başqanı dörd il müddətinə seçilir. Qalib seçkilərdə iştirak edən vətəndaşların ən azı 50 faiz səsini toplamalıdır. Seçkilərin birinci turunda namizədlər tərəfindən zəruri olan qədər səs toplanmadığı təqdirdə, iki həftə sonra seçkilərin ikinci turu təşkil olunur.
Sosioloqlar İrina Vlaxı və Qaqauz Yerinin paytaxtı Komratın hazırkı meri, hakim Demokrat Partiyasının namizədi Nikolay Dudoqlonu seçki kampaniyasının favoritləri sayıblar.
Mərkəzi Seçki Komissiyası martın 23-də seçkilərin ilkin nəticələrini açıqlayıb. İlkin nəticələrə görə, İrina Vlax seçicilərin 51,01 faiz səsini toplayıb. İkinci yeri 19,05 faiz səslə Nikolay Dudoqlo tutub. Valeri Yanioqlo seçicilərin 7,96 faiz səsini qazana bilib.
Başqan seçkiləri ilə bərabər, Qaqauz Yeri Muxtar Ərazi Qurumunun Xalq Məclisinə natamam seçkilər keçirilib.
Seçkilərdə region sakinlərinin 58,1 faizi iştirak edib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25