Bakı, 23 mart, AZƏRTAC 
Fransada Xalq Hərəkatına Dəstək İttifaqının başçılıq etdiyi sağ-mərkəzçi blok departament şuralarına seçkilərin birinci turundan sonra liderdir. Ölkənin sabiq prezidenti Nikola Sarkozinin bloku səslərin 29 faizini toplayıb. İkinci yeri Marin Le Penin “Milli cəbhə” partiyası tutub.
Fransanın hazırkı Prezidenti Fransua Ollandın başçılıq etdiyi sosialistlər 21,5 faiz səslə üçüncü yerdə qərarlaşıblar.
Seçkilərin ikinci turu martın 29-da keçiriləcək.