Birinci Avropa Oyunlarında Almaniyanın qadınlardan ibarət voleybol yığmasının hədəfi yarımfinala yüksəlməkdir
Bakı, 23 mart, AZƏRTAC
Almaniyanın qadınlardan ibarət voleybol komandasının yeni baş məşqçisi Luçano Pedulla Avropa Oyunlarında komandasını yarımfinala yüksəlmək niyyətindədir.
AZƏRTAC “Bakı-2015”in saytına istinadla xəbər verir ki, 57 yaşlı italiyalı məşqçi Almaniya Voleybol Federasiyası (AVF) ilə müqavilə imzalayıb. Müqaviləyə görə, o, vəzifələrinin icrasına mayın 18-də başlayacaq. Həmin vaxtdan etibarən komanda onun rəhbərliyi ilə Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlaşacaq.
L.Pedulla AVF-nin veb-saytına müsahibəsində deyib: “Bu il üçün ən yüksək hədəfimiz Olimpiya Oyunları üçün təsnifat yarışlarında uğur qazanmaqdır. Başqa sözlə, biz turnirlərdə mümkün qədər yaxşı oynamaq istəyirik”.
Qarşıdan Birinci Avropa Oyunları gəlir. Məşqçinin Bakı turniri ilə bağlı hədəfləri böyükdür.
“Bakıda yarımfinala yüksəlmək istəyirik, amma püşkatma ilə düşdüyümüz qrupu nəzərə alsaq, bu, bir o qədər də asan olmayacaq”. Bu fikri L.Pedula Rusiya, Serbiya, Niderland, Xorvatiya və Bolqarıstanla birgə iştirak edəcəkləri qrup haqqında danışarkən səsləndirib.
Nəticələrindən asılı olmayaraq, “Bakı 2015”in almaniyalı voleybolçular üçün faydalı olacağını bildirən məşqçi deyib: “Dünyanın ən yaxşı oyunçularına və komandalarına qarşı oynamaq bizim üçün çox vacibdir. İnkişafın ən yaxşı yolu budur”.
Məşqçi hamilik edəcəyi komandanın hazırlıq səviyyəsi ilə bağlı deyib: “Mən öz üzərində ciddi işləyən, böyük inkişaf yolu keçmiş bir komanda təhvil alıram. Biz Avropanın ən yaxşı komandalarından biri ola bilərik”.
Baş məşqçinin fikrincə, voleybol üzrə qadınlardan ibarət Almaniya yığmasının Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək şansı çox yüksəkdir. O deyib: “Alman oyunçular çox intizamlıdır. Bu xoşuma gəlir. İdman zalında çox vaxt keçirməyin əleyhinə deyiləm”.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05