Amerika əzəli rəqibi Rusiyaya gücünü nümayiş etdirmək və Şərqi Avropadakı müttəfiqlərinə dəstək vermək üçün işə başlayıb.

ANS PRESS-in məlumatına görə, ABŞ ordusuna aid hərbi zirehli texnikadan ibarət kortec Estoniyada olan “Tapa” hərbi bazasından yola çıxıb.

Hərbi kotecin Estoniya, Latviya, Litva, Polşa, Çexiya və Almaniyanı əhatə edən 1 800 kilometrlik “Əjdaha yürüşü” adlı tura çıxdığı bildirilir.

“Əjdaha yürüşü” korteci keçdiyi yerlərdə ölkə rəsmiləri ilə görüşəcək, həmçinin kortec mülki əhalinin ziyarət etməsi üçün də açıq olacaq.

1 800 kilometrlik yürüşün Almaniyanın Filzek şəhərində başa çatacağı bildirilir.

Bundan başqa həmin yürüş çərçivəsində ABŞ hərbi donanmasına aid 14 ədəd “F-16” qırıcısının aprel ayında Estoniyanın paytaxtı Tallinə göndəriləcəyi qeyd edilib.


Mənbə
ANS PRESS