ANS PRESS-in məlumatına görə, Türkiyədə osmanlı əlifbası və osmanlı dilində yayımlanan xəbər saytı fəaliyətə başlayıb.
Bir müddət əvvəl prezident Rəcəb Tayyib Ərdoğanın, “istəsələr də, istəməsələr də öyrəniləcək və öyrədiləcək” deməsindən sonra osmanlıca gündəmə gəlmiş və məktəblərin tədris planına əlavə olunmağa başlamışdı.
Osmanlıcahavadis.com ünvanında fəaliyyət göstərən saytda həvəskarlar üçün osmanlı əlifbası ilə osmanlı dilində xəbərlər yayılmağa başlayıb.
Bir müddət əvvəl isə Türkiyə Böyük Millət Məclisi (TBMM) 3 nəfər arxiv işçisi üçün vakansiya elan etmişdi osmanlıca bilmək bu vakansiyanın əsas şərtələrindən biri idi.
Mənbə
ANS PRESS