Bakı, 23 mart, AZƏRTAC 
Ağdaş rayonunun Yenikənd kəndində vətəndaşa məxsus ümumu sahəsi 80 kvadratmetr olan birmərtəbəli iki otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov saat 23:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.