Məşhur simalar çəkildikləri seriallardan, reklam çarxlarından, getdikləri konsertlərdən milyonlar qazanırlar. Onlar qazandıqları pulları müxtəlif əmlaklara yatırırlar.

Türkiyə mətbuatı araşdırma apararaq, məşhurların sərvətlərini hara xərclədiyini öyrənib.

Axşam.az həmin araşdırmanı təqdim edir:

Tarkan - Məşhur ulduz anasına əvvəlcə 2, daha sonra 1 ev və villa alıb. Bu günlərdə isə Tarkan Almaniyadan daha bir villa alıb, anasına hədiyyə edib.



Ozan Güven - Dostu Cem Yılmazın sonuncu filmində rol alan aktyor bu layihədən qazandığı pulla ayaqqabı mağazası açıb. Bu Güvənin ilk mağazası deyil. O, bundan əvvəl də fərqli məkanlarda mağazalar açıb.



Məleykə Əmiroğlu - Aktrisalıq, aparıcılıq, fotoqraflıqla yanaşı həm də iş qadınıdır. O, otel biznesinə qatılıb. "Xəyalımı gerçəkləşdirdim. Otelin otaqların belə özüm təmizləyirəm" deyə, Məleykə bildirib.



Əmrah - Aldığı mənzillərin sayı-hesabı olmayan müğənni-aktyor "Twitter"ə 5 milyon pul qoyub və bir hissəsini alıb. Əldə etdiyi qazancın bir hissəsini Əmrah bu dəfə "Facebook"a yatırıb.



Bahar Öztan - Aktrisa 35 illik sənət yolunda qazandığı bütün gəlirləri otellərə sərf edib. 1991-ci ildə Bodrumda bir otel açan Bahar hazırda biznesini daha da böyüdüb.



Burak Özçivit - Çəkildiyi reklam çarxlarından 4,5 milyon lirə (təxminən 1,80 milyon manat) qazanan aktyor pullarına mənzillər alıb, kafelər açıb.



Sinan Akçıl - Bəstələrdən, reklamlardan, konsertlərdən qazandığı pulla ifaçı gözəllik mərkəzi satın alıb. İstanbulun bir neçə yerində yerləşən mərkəzlərdə hazırda təmir işləri gedir.



Kənan İmirzalıoğlu - Aktyor qazandığı bütün pullarla köhnə binalar alır.



Kıvanç Tatlıtuğ - Qazandığı pullarla köhnə binalar alır. Bu yaxınlarda 800 min lirəyə (təxminən 324 min manat) torpaq sahəsi alan Kıvanç otel tikdirmək niyyətindədir.