Gəncə, 22 mart, AZƏRTAC
Respublikamızın ikinci ən böyük şəhəri olan Gəncəyə səyahətdən aldığımız təəssürat olduqca zəngindir. Biz burada dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini, xalq qəhrəmanı Cavad xanın türbəsini ziyarət etdik. Gəncənin maddi-mədəniyyət abidələrini gəzməklə onun tarixi haqqında ətraflı məlumat topladıq.
Bu sözləri Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kərimbəyli kənd orta məktəbinin XI sınıf şagirdi Zöhrə Əliyeva AZƏRTAC-a müsahibəsində deyib. O, qeyd edib ki, Azərbaycanın bütün bölgələri qədim tarixə malikdir. Ancaq Gəncədə gördüklərimiz bizim biliklərimizi xeyli zənginləşdirdi. Artıq Gəncə ilə bağlı hər bir suala cavab verməyə hazırıq. Bütün bunlara görə “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyanın təşəbbüskarı olan Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarıq.