Suriyada orduya məxsus helikopter ekipaj üzvləri ilə birlikdə terrorçular tərəfindən ələ keçirilib.

ANS PRESS-in məlumatına görə, hərbi helikopter "əl-Qaidə" qruplaşmasına yaxınlığı ilə bilinən "əl-Nusra" terrorçularının nəzarəti altında olan ərazidə qəza enişi edib.

Bunu görən terrorçular dərhal helikopterin düşdüyü yerə gedərək ekipaj üzvlərini atəşə tutublar. Helikopterdə 5 nəfər olub. Onlardan biri helikopterin düşdüyü yerə yaxınlıqda yerləşən kənddə güllələnib.

Terrorçular 4 nəfəri isə əsir götürüb.

Faktla bağlı Suriya Müdafiə Nazirliyi hələlik heç bir açıqlama verməyib.
Mənbə
ANS PRESS