İyunun 12-dən 28-dək Bakıda keçiriləcək birinci Avropa Oyunları-2015-in biletləri artıq satışdadır.

ANS PRESS-in məlumatına görə, yaşlılar üçün biletlərin qiyməti 2-5 manatdır. Qiymətlər yarışın mərhələsi, keçirilmə yeri və tamaşaçı yerinin kateqoriyasından asılıdır. Uşaqlar və 16 yaşdan kiçik yeniyetmələr üçün giriş sərbəst olacaq. Lakin bu zaman onların yanında yaşı 18-dən çox, üzərində şəxsiyyət vəsiqəsi və bileti olan şəxsin olması lazımdır.

Yeganə istisna Heydər Əliyev adına İdman-konsert kompleksi və Milli Gimnastika Arenasında yarışlar olacaq - 16 yaşı tamam olmayanlar biletə görə 1 manat ödəyəcəklər. Açılış mərasiminə biletlərin qiyməti 20 manat, bağlanış mərasimi isə 10 manat təşkil edir.

Biletləri Avropa Oyunlarının baku2015.com rəsmi saytından almaq olar.

Mənbə
ANS PRESS