İstanbulu moda şəhəri kimi yaddaşlara həkk edəcək Moda Həftəsində brendlər özlərinin 2015-2016 payız-qış kolleksiyasını təqdim etməklə yanaşı, modelyer dizaynerlər də kreativ əl işlərini də nümayiş etdirib. Moda Həftəsinə damğasını isə modelyer Tanju Babacan "Mercedes Benz Fashion Week İstanbul" çərçivəsində nümayiş etdirdiyi kolleksiyası olub.
Podiuma çıxan növbəti model "Öylə bir keçer zaman ki..." serialında oynadığı Kalolina rolu ilə məşhurlaşan Vilma Elles (Wilma Elles) olub. Aktrisa öz çıxışı ilə modasevərləri maraqlandıra bilib. Qarnı açıq qıyafətlə podiumda poz verən Elles dörd aylıq hamilə olduğunu belə nümayiş etdirib. Vilma əllərini belinə qoyaraq kameralara poza verib.





Mənbə
ANS PRESS