Dünya mediası “Maroon 5" musiqi qrupunun dünya turnesində yaşanan qalmaqaldan yazır.

ANS PRESS-in məlumatına görə, turne çərçivəsində Kanadanın Toronto şəhərində konsert verən qrup səhnədə səsləndirmə problemi ilə üzləşib. Qrupun solisti Adam Levayn (Adam Levine) bundan əsəbiləşərək özündən çıxıb.

Əsəbi şəkildə səhnədə var-gəl edərək bir neçə dəfə səs rejissoruna mikrafonun işləməməsini işarə edib. Mikrafonu yoxladıqda yenə də işləmədiyini görən Adam, onu yerə çırpıb. Mikrofon isə yerə dəydikdən sonra birinci sırada dayanan tamaşaçının alnına dəyib və qadın qışqırıb. Zərbədən tamaşaçının alnı göyərib.

Bunu görən ifaçı dərhal fanatından üzr istəyib. Daha sonra isə onu səhnəyə çağıraraq minlərlə insanın qarşısında xanımdan üzrxahlıq edib və onu qucaqlayaraq könlünü alıb.





Mənbə
ANS PRESS