ANS PRESS-in məlumatına görə, Deniz Demirci adlı qadın diş həkimi olub. O, prezident konvoyuna baxandan bir neçə dəqiqə sonra həbs edilib. Polis bölməsində ifadə verəndən sonra qadın sərbəst buraxılıb.
Deniz Demirci öz ifadəsində qeyd edib ki, o da hamı kimi prezident keçən vaxt onun konvoyuna baxıb. "Bu zaman mühafizəçilərdən biri mənə işarə etdi. 10 dəqiqə sonra 6 nəfər mühafizəçi xəstəmi müayinə etdiyim yerdə məni həbs etdilər və üzərimdə önlüyüm məni polis bölməsinə apardılar. Mən əl-qol hərəkəti etməmişəm. O qədər sərrast atan snayperlər içərisində həmin hərəkəti etsəm indi burada olmazdım. Mən bir qadınam və elə bir hərəkət bir qadına yaraşmaz", - deyə Demirci ifadəsində bildirib.

MənbəANS PRESS