Bakı, 22 mart, AZƏRTAC
Qaradağ rayonunda yerləşən zavodda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yanğın səhər saatlarında baş verib.
Qaradağ rayonundakı zavodun ərazisində işıq generatorunun yanar hissələri yanıb. Ərazidəki digər obyektlər yanğından mühafizə olunub.
Alov saat 08:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.