Milli.Az goal.az-a istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasında 30-cu turun oyunları start götürüb. Son turda "Burnley" klubuna gözlənilməz şəkildə məğlub olan "Mançester Siti" bu dəfə sürprizə imkan verməyib. "Vest Bromviçh Albion"u qəbul edən "şəhərlilər" 3 cavabsız qolla qələbə qazanıb.
İngiltərə Premyer Liqası 30-cu tur
Mançester Siti 3-0 Vest Bromviç Albion Qollar: Boni (27`), Fernando (40`), David Silva (77`)